Yerevanda Xarici İşlər naziri və yüksək vəzifəli diplomatların istefası tələb edilir
Sentyabrın 1-də Ermənistan paytaxtı Yerevanda etiraz aksiyası keçirən fəallar Xarici İşlər naziri və yüksək vəzifəli diplomatların istefasını tələb ediblər. Onlar Ramil Səfərovun Macarıstandan Azərbaycana verilməsinə görə öz nazirlərini günahkar biliblər. Aksiya iştirakçıları Macarıstanın dövlət bayrağını da yandırıblar. 2004-cü ildə Macarıstanda erməni zabiti öldürmək ittihamı ilə ömürlük həbs cəzası almış Azərbaycan zabiti Ramil Səfərov keçən həftə Azərbaycana verilib. O, Bakıya gələn kimi də əfv edilib.
Arxiv
-
Avqust 15, 2025
Kabildə yaşasaydım, həyatım necə olardı?
-
Avqust 14, 2025
Bəxtiyar Ərsay Türkiyədə Birinci Ordu Komandanı təyin edilib
-
Avqust 11, 2025
İrandan 'Tramp yolu'na qarışıq reaksiya
-
Avqust 09, 2025
Yerevan sakinləri yolların açılacağına inanır?