Tramp Azərbaycan və Ermənistana razılaşmadan qabaq xəbərdarlıq edib
ABŞ prezidenti Donald Tramp jurnalist Mark Levinə avqustun 8-də Ağ evdə Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmadan danışıb.
"Münaqişə 34-35 il davam edib. Liderlərlə tanış idim. Dedim ki, ümumiyyətlə, siz niyə döyüşürsünüz? Əgər savaşacaqsınızsa, mən sizinlə ticarət müqaviləsi bağlamayacam. Bu, dəlilikdir", - Tramp müsahibəsində bildirib.
ABŞ prezidentinin sözlərinə görə, hətta Oval kabinetdə Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev sazişin paraflanmasından əvvəl narahatlıq keçirib, onu imzalamaqdan qaçmağa çalışıblar, lakin sonda bir-birilərini qucaqlayaraq təbrik ediblər. "Bunu izləmək, həqiqətən, gözəl idi", - o əlavə edib.
ABŞ prezidenti müsahibə zamanı "Azərbaycan" adını tələffüz etməkdə çətinlik çəkib və Ermənistanın ingiliscə adının əvəzinə "Albaniya" söyləyib.