Tramp: "Ukrayna münaqişəsinin həlli perspektivləri bir-iki həftəyə bəlli olacaq"
Eyni zamanda ABŞ prezidenti qeyd edib ki, nizamlanmanın əldə olunmaması ehtimalı da qalmaqdadır.
Fransa prezidenti Emmanuel Makron deyib ki, növbəti görüşün üçtərəfli olması lazımdır. Onun sözlərinə görə, bunun üçün atəşkəs lazımdır. O, həmçinin gələcək illər üçün güclü Ukrayna ordusunun yaradılmasının vacibliyini vurğulayıb.
Makron təkcə Ukrayna üçün deyil, həm də Avropa üçün təhlükəsizlik təminatının zəruriliyindən danışıb.
Almaniya kansleri Fridrix Merts Trampın sülhə yol açdığını, lakin növbəti addımların çətin olacağını deyib. Onun sözlərinə görə, atəşkəs olmadan danışıqların başlamasını təsəvvür etmir.
NATO-nun baş katibi Mark Rutte Ukrayna üçün təhlükəsizlik təminatlarında iştirak etməyə hazır olduğunu bildirib və bunu "ən vacib məsələ" adlandırıb.